Prezident İlham Əliyev Beynəlxalq Valyuta (BVF) Fondunun Sərəncamçı direktoru xanım Kristalina Georgiyevaya təbrik məktubu ünvanlayıb.
Azərtac xəbər verir ki, dövlətimizin başçısı məktubda K.Georgiyevanı Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru vəzifəsinə seçilməyi münasibətilə təbrik edib: “Biz Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara Beynəlxalq Valyuta Fondunun dəstəyini məmnunluqla qeyd etmək istərdim. Ümidvaram ki, sizin rəhbərliyinizlə Beynəlxalq Valyuta Fondu qlobal maliyyə-iqtisadi və valyuta sisteminin idarə edilməsi ilə bağlı qarşısında duran məsul vəzifələrin öhdəsindən layiqincə gələrək, beynəlxalq maliyyə əməkdaşlığının möhkəmləndirilməsinə töhfələr verəcək. Bir daha sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram”, – deyə Prezident İlham Əliyev qeyd edib.