“Rusiya Gürcüstan tərəfindən daha konstruktiv mövqe gördüyü təqdirdə hava nəqliyyatı bərpa ediləcək”.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında belə deyib.
“Biz Gürcüstana hava nəqliyyatının dayandırılması barədə müvafiq qərarı qəbul etdiyimiz zaman elan etmişdik ki, bu, müvəqqəti tədbirdir və vəziyyət normallaşdığı, gürcü rəsmilər bu cür hadisələrə mane olmaq lazım gəldiyini anladığı zaman onu ləğv edəcəyik. Biz heç vaxt mübahisə üçün süni əsaslar yaratmırıq və əgər Tbilisi Rusiya ilə normal münasibətlər xətrinə məsuliyyətli mövqedən çıxış edərsə, konstruktiv mövqe nümayiş etdirərsə, uçuşlar bərpa edilə bilər”,- deyə S.Lavrov bildirib.
Qeyd edək ki, Rusiya XİN başçısı daha əvvəl “Kommersant” qəzetinə müsahibəsində də bildirib ki, “Gürcüstanla hava trafikinin bərpası doğru addım olardı”.