XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 13:22

Fransa Fələstini tanımağa hazır olduğunu açıqladı[color=red] – İsrail qərardan narazıdı

Fransa Fələstini müstəqil dövlət kimi tanımağa hazır olduğunu bəyan edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İsraillə Fələstin arasındakı danışıqlarda bu dəfə də sülhə nail olunmasa, Paris bu addımı atacaq.

Bu barədə Fransa Xarici İşlər naziri Loran Fabius açıqlama verib. Nazir bildirib ki, Fransa İsrail-Fələstin probleminin həlli üçün beynəlxalq konfrans təşkil edəcək.

Bu ilin yazına planlaşdırılan tədbirdə hər iki ölkənin təmsilçiləri, həmçinin ABŞ, Avropa Birliyi və ərəb dövlətlərinin qatılması gözlənilir.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riad Mansur Fransa hökumətinin bu qərarını alqışlayıb.
İsrailin isə məsələyə münasibəti ürəkaçan olmayıb. Adının çəkilməsini istəməyən israilli diplomat bildirib ki, Fransanın bu mövqeyi ikitərəfli danışıqlarda uğur qazanılmasına əngəl yaradacaq. 

Xatırladaq ki, Avropada Fələstini ilk dəfə 2014-cü ilin oktyabrında İsveç hökuməti tanıyıb.