XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

29 Sentyabr 2019 - 21:17

Akşener xəstəxanaya yerləşdirildi –"İYİ"nin lideri sudan zəhərlənib?

İYİ partiyasının lideri Meral Akşenerin səhhətində problem yaranıb.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Akşener mədəsində yaranan kəskin ağrılarla bağlı bu gün Ankarada xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəstəxanada onun rahatsızlığı böyük ölçüdə aradan qaldırılıb: “Səhhətində yaranan problemlə bağlı Akşenerin bu gün deputatlarla görüşü ləğv edilib. İlkin məlumata görə, o, sabah xəstəxanadan evə buraxılacaq”.

Xatırladaq ki, bir neçə gündür Ankarada mədə ağrıları və bulanmaları ilə bağlı xəstəxanalara çoxsaylı müraciətlər olub.

Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş bunun səbəbini şəhərə verilən su ilə əlaqələndirib.

Strateq.az