Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yaxın aylarda vətənə qayıdacağını elan edib.
Bunu keçmiş dövlət başçısı “Mtavari arxi” televiziya kanalının efirində bildirib.
M.Saakaşvili 2020-ci ilin parlament seçkilərinə qədər Gürcüstana dönəcəyini deyib: “Yaxın aylarda Gürcüstana gəlməyi planlaşdırıram. Burada gizlətməyə heç nə yoxdur. Ukraynada özümü yaxşı hiss edirəm, lakin biz vətəni itiririk”.
Gürcüstanda qiyabi məhkum edilən sabiq dövlət başçısı bildirib ki, onun saxlanılıb-saxlanılmayacağı Gürcüstan xalqından asılıdır: “Mən Ukraynada həbsxanadan qorxmadım, öz ölkəmdə bundan xüsusən qorxmaram… Onlar o qədər zəifdirlər ki, Gürcüstan xalqına müqavimət göstərməzlər”.
M.Saakaşvili Gürcüstan xalqı ilə bir yerdə olduğunu vurğulayıb: “Gəlin, siyasəti bir kənara qoyaq. Mən siyasətçi deyiləm, mən müasir Gürcüstan dövlətçiliyinin yaradıcısı, Gürcüstanın vətənpərvəri və sizin kimi ölkənin dağılmasına görə ürəyi ağrıyanlardan biriyəm”. (Report)