“Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında sazişin tez bir zamanda imzalanmasını istəyirik”.
Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maninq keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, bu saziş ticarət sahəsini əhatə edəcək.
“Biz istəyirik ki, almaniyalı iş adamları Azərbaycana səfər etsinlər və öz təcrübələrini Azərbaycana gətirsinlər”, – deyə diplomat vurğulayıb.
Almaniya səfiri qeyd edib ki, saziş həm də xaricdən Azərbaycana qoyulan investisiyalar üçün hüquqi baza yaradacaq. (apa)