XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2019 - 13:26

Rusiyalı deputat:"Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır"

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər inkişaf edir, siyasi əlaqələr daha da güclənir”.

Bunu Rusiya Dövlət Dumasında Azərbaycan parlamenti ilə əlaqələr üzrə deputat qrupunun əlaqələndiricisi Dmitriy Savelyev Azərbaycanda Avrasiya Xalqları Assambleyası günlərinin açılması ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin sürətlə inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını görürük. Bu ilin səkkiz ayı ərzində ticarət dövriyyəmiz 25 faiz artıb və mütəxəssislərin fikrincə, yaxın bir neçə ildə də artacaq”, – o deyib.

Rusiyalı qonaq iki ölkə arasında siyasi əlaqələrin daha da gücləndiyini söyləyib: “Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır və bunu əməldə sübut edir”. (Report)