XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 16:51

Türkmənistan sahillərində meyiti tapılan neftçinin [color=red]şəxsiyyəti müəyyənləşib

guneshli.jpg

Bu gün Xəzərin Türkmənistan sahillərində meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib.

Cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə bu gün Türkmənistana yola düşən istintaq qrupu üzvlərindən birinin “Report”a verdiyi məlumata görə, bu, 1973-cü il təvəllüdlü Şahmarov Sahib Güloğlan oğludur.

Qeyd edək ki, onun meyiti yanvarın 29-da aşkar edilib.

Dekabrın 4-də "Günəşli" yatağının 10 saylı özülündə baş verən qəza nəticəsində 12 nəfər həlak olub, 18 nəfər isə hazırda itkin düşmüş sayılır.