XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2016 - 17:40

Rusiya təyyarəsi [color=red] Türkiyənin hava sərhəddini pozub

qirici_teyyare.jpg

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, xəbərdarlıq edilməsinə baxmayaraq Türkiyənin hava sərhəddini pozan Rusiya təyyarəsi barədə Rusiyanın Ankaradakı səfirinə məlumat verilib, AP yazır.

Nazirliyin bəyanatında deyilir ki, cümə günü SU-34 təyyarəsinə Türkiyənin hava məkanına daxil olmazdan öncə ingilis və rus dillərində xəbərdarlıq edilib.

Noyabrda Türkiyə onun hava sərhəddini pozmuş Rusiyaya məxsus təyyarəni vurub.

Nəticədə iki ölkə arasında siyasi və iqtisadi böhran yaranıb.

"Rusiya Federasiyasına məxsus SU-34 təyyarəsi cümə günü 9.46-da (Bakı vaxtilə) Türkiyənin hava məkanına müdaxilə edib", XİN bəyan edib.

Qurum Rusiyanı gərginliyi dərinləşdirməkdə ittiham edib.

BBC