XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

01 Oktyabr 2019 - 11:03

Zakir Qaralovdan “Gəncə hadisələri”nə şərh:"Hər kəsin cinayəti tam sübuta yetirilib"

“Gəncədə baş vermiş cinayət hadisəsinə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib”.

Bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gəncə şəhərinin keçmiş icra başçısına qarşı törədilmiş terror aktını törədən və həmin terror aktını dəstəkləyənlər Gəncə şəhərində kütləvi iğtişaşlar törətmək istəyən dini-radikal qüvvələrdir: “Biz Prokurorluq olaraq hər kəsin istintaqını aparmışıq, hər bir şəxslə bağlı kifayət qədər sübut əldə etmişik. Onların hazırda məhkəmə prosesi yekunlaşdığını görə qeyd edə bilərəm ki, cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil”.

Report