XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

01 Oktyabr 2019 - 11:16

“İstənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb” –General-leytenant Xanlar Vəliyev

“Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan möhtəşəm islahatlar sayəsində dövlətimiz hərtərəfli qüdrətlənib, o cümlədən ordu quruculuğunda həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq, bu gün vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı möhkəmləndirilmiş, mənəvi-psixoloji hazırlıqlı, yüksək əhval-ruhiyyəli, bir sözlə, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır”.

Bu fikirlər Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəsmi mətbuatda dərc edilmiş məqaləsində yer alıb.

Hərbi prokuror bildirib ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda, Azərbaycan Ordusu 52-ci yeri tutub.

“Bu isə Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu bir daha təsdiq edir. Hər kəsə məlumdur ki, 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artmış, cənab Prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavod yaradılmış, bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal olunaraq nəinki ordumuzun potensialı gücləndirilmiş, eyni zamanda hərbi məhsullarımızın ixrac olunmasına da başlanılmışdır. Bununla bərabər, xarici ölkələrdən ən müasir zirehli texnikalar, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, nəqliyyat vasitələri, helikopterlər, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri, eləcə də digər texnika və silahlar alınmaqla Silahlı Qüvvələrimizin maddi-texnikibazası daha da gücləndirilmişdir”. – deyə o qeyd edib.

 Ordu.az