XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2019 - 11:38

Rafael Cəbrayılovun deputat mandatına nə vaxt xitam veriləcək? –MSK-dakı iclasın vaxtı bəlli oldu

Sabah, oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

İclasda Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi üçün müraciətə baxacaq və qərar qəbul edəcək.

Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib.

Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir/Report.