XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2019 - 14:19

İran prezidentinin qardaşı barədə hökm çıxarıldı –Cəzası azaldıldı

İran Prezidenti Həsən Ruhaninin qardaşının cəzası 7 ildən azaldılaraq 5 ilə endirilib.

“Tasnim” xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin rəsmisi məlumat verib.

Bildirilib ki, Hüseyn Feredun rüşvət almaqda təqsirli bilinərək azadlıqdan məhrum olunub. Məhkəmənin qərarına əsasən, İran hökuməti başçısının qardaşı iri məbləğdə cərimə də ödəməlidir.

Qeyd edək ki, Hüseyn Feredun 2017-ci ildə həbs edilib/Report.