XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 10:29

Türkiyədən Rusiyaya güc nümayişi: [color=red]Ordu döyüş hazırlığı vəziyyətinə gətirildi
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya hərbi təyyarəsinin sərhəddi pozması ilə bağlı Moskvaya etdiyi xəbərdarlıqdan sonra, Türkiyə Silahlı Qüvvələri "hər an hər şeyə hazır olmaq" mənasını verən "Narıncı" həyəcan səviyyəsi elan edib.

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının Amasya, Ankara, Balıkesir, Diyarbakır və Malatyada yerləşən hərbi bazalarına əmr verilib ki, sərhəd pozuntusu zamanı istənilən hədəf əmr gözləmədən məhv edilsin.

Bundan başqa, "Narıncı" həyəcan səviyyəsi elan edildikdən sonra Diyarbakırdakı aviabazaya çox sayda F-16 qırıcısı göndərilib (ANS).

Onu da qeyd edək ki, R.T.Ərdoğan Rus döyüş təyyarəsinin Türkiyə hava sərhəddini pozması ilə bağlı açıqlama verərkən xəbərdarlıq edib ki, Rusiya bu cür sərhəd pozuntularını davam edərsə, nəticələri ilə üzləşmək məcburiyyətində qalacaq.

Xatırladaq ki, ötən gün 11:46 radələrində Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus "SU-34" qırıcı təyyarəsi Türkiyə hava məkanını pozub. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.

“Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz halların məsuliyyəti tamamilə Rusiyanın üzərinə düşəcək. Bu, Rusiyanın iki ölkə arasındakı böhranın daha da dərinləşməsini istəməsinin aşkar göstəricisidir”, – deyə XİN-in bəyanatında bildirilir.

Rusiyanın Müdafiə Nazirliyi isə "SU-34" təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair məlumatı təkzib edib.