Almaniya Alternativ Partiyasının lideri Frauke Petri ölkəyə gələn miqrantların güllələnməsini təklif edib.
Petri bildirib ki, bu üsul Almaniyaya miqrant axınının qarşısını alacaq.
Onun sözlərinə görə, sərhədçilər ölkə sərhədlərini qanunsuz keçmək istəyən qaçqınlara atəş açmaq haqqına sahibdir.
Partiya liderinin bu açıqlaması həm sol partiya nümayəndələri, həm də polis tərəfindən mənfi reaksiya ilə qarşılanıb(Axar.az).