Pentaqon Türkiyənin hava məkanını pozan Rusiyanın «Su-34» təyyarəsi ilə bağlı açıqlama yayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qurumun rəsmisi Mark Rayt Türkiyənin insidentlə bağlı mövqeyi ilə razılaşdıqlarını bildirib.
Rusiya tərəfi isə Türkiyənin hava məkanına müdaxilə edilmədiyini iddia edir və yayılan xəbərləri yanlış təbliğat adlandırır.
Rayt ABŞ Müdafiə Nazirliyinin insident barədə tam məlumatlı olduğunu deyib və Rusiyaya çağırış edib: «Rusiya təyyarəsinin növbəti dəfə Türkiyə və NATO-nun hava məkanını pozduğunu bilirik. Bu xəbəri təsdiqləməyə hazırıq. ABŞ bu məsələdə Türkiyə və NATO ilə həmrəydir. Biz Rusiyanı Türkiyənin hava sərhəddinə hörmətlə yanaşmağa və regionda qeyri-stabilliyi artıran hərəkətlərə son qoymağa çağırırıq".
Xatırladaq ki, Rusiya təyyarəsi dünən növbəti dəfə Türkiyənin hava məkanını pozub.