XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2016 - 12:24

Metropolitendən xoşagəlməz addım [color=red]- Rəsulzadənin barelyefinin yerinə reklam lövhəsi asılıb (FOTO)

“28 May” metrostansiyasında Məhəmməd Əmin Rəsulzadənin portretinin yerində “Kristal Abşeron”un reklamı yerləşdirilib.

Belə ki, təmirdən öncə stansiyada demokratik Azərbaycan Respubliksının qurucusu Məhəmməd Əmin Rəsulzadənin portreti vardı. Amma indi şəklin yerində tikdiyi mənzilləri 20 illik ipoteka krediti adı ilə satan “Kristal Abşeron”un reklamı yerləşdirilib.

Qeyd edək ki, təmirdən sonra Rəsulzadənin metroda divarın üzərinə həkk olunmuş şəklinin yığışdırılacağı barədə məlumatlar yayılmışdı. Artıq məlumatlar təsdiqini tapdı. Yəqin aidiyyatı qurumların da bununla bağlı açıqlaması olacaq. (Arqument.az).

Qeyd edək ki, bu gün Rəsulzadənin doğum günüdür.