XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 13:48

Milli Şura Rəsulzadənin doğum gününü qeyd etdi – [color=red]FOTOLAR

milli-shura.jpg

Milli Şura yanvarın 31-də Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar anım mitinqi keçirib.

Mitinq Rəsulzadənin doğulduğu Novxanı kəndində, böyük öndərin Bakıdakı yeganə abidəsi önündə olub.

Milli Şura üzvləri və tərəfdarları, o cümlədən AXCP fəalları abidənin olduğu parka mərkəzi yoldan başlayaraq, yürüşlə gediblər. İzdihamlı yürüş boyu “Rəsulzadə-Elçibəy, başqa böyük yox!”, “Heykəli bircə kənddə, nüfuzu məmləkətdə!”, “İnsanlara hürriyət, millətlərə istiqlal!”, “Azadlıq!” kimi şüarlar səsləndirilib.

Mitinqdə Milli Şura sədri Cəmil Həsənli və AXCP lideri Əli Kərimli çıxış edərək Rəsulzadənin tarixdəki yüksək yeri, Azərbaycan dövlətinin qurulması, sovet işğalından sonra isə onun bərpası uğrunda apardığı mücadilədən, ictimai-siyasi xadim kimi çoxşaxəli fəaliyyətindən, xalqımızın taleyində oynadığı əvəzsiz roldan bəhs ediblər.

“Məhəmməd Əmin Rəsulzadə ilk təhsilini mədrəsədə alsa da, sonrakı təlatümlü hadisələrin mərkəzində dayandı və zaman onu vaxtında ictimai proseslərin mərkəzində oturtmuş oldu. Elə ilk mətbu yazlarında onun millətinə bağlılığı göz qabağında idi. Rəsulzadə ictima-siyasi proseslərin səhnəsinə gələndə Azərbaycan xalqı yol axtarırdı. Bu yolun hədəflərini verən olsa da, onu ümumi sistem kimi formalaşdırmaq missiyası Rəsulzadənin üzərinə düşdü”, – deyə Cəmil Həsənli bildirib.

Əli Kərimli deyib ki, Rəsulzadə çətin zamanlarda üzərinə liderlik məsuliyyəti götürərək bu dövlətin qurulmasında müstəsna xidməti olan şəxsiyyətdir: "Xalqımız haqlı olaraq bu böyük şəxsiyyəti sevir və onunla qürur duyur. Məhəmməd Əmin Rəsulzadə təkcə siyasətçi, ideoloq, dövlət xadimi deyildi, həm də millətimizin böyük yazarı, publisist idi. Ən vacibi isə özünü Azərbaycan dövlətinə və millətinə həsr etmiş böyük fədai idi".

Ə.Kərimli qeyd edib ki, vaxt gələcək Rəsulzadənin məzarı Bakıya gətiriləcək və ən böyük abidə də məhz ona qoyulacaq.

Azadliq.info