XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2016 - 16:24

Davudoğlunun iqamətgahı önündə silahlı insident-[color=red]Polis atəş açdı

Türkiyə Baş naziri Əhməd Davudoğlunun Dolmabaxçadakı iqamətgahının önündə həyəcanlı anlar yaşanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, polis iqamətgahın önündən keçən şübhəli şəxsi saxlamağa çalışıb. Belində çanta olan şəxs yoxlanılmasına etiraz edərək ötüb keçib. Polis onu dayandırmaq üçün atəş açmalı olub.

Xəbərdarlığa məhəl qoymayan şəxsin «canlı bomba» olduğuna dair şübhələr var.

Açılan atəşdən yaralanan şəxs xəstəxanaya aparılıb. Onun çantasında partlayıcı qurğunun olub-olmadığı barədə hələ ki məlumat verilmir.