XƏBƏR LENTİ

20 Yanvar 2021

Digər Xəbərlər

02 Oktyabr 2019 - 18:34

PREZİDENT İLHAM ƏLİYEV RUSİYAYA GEDİB –FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernator müavini Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski və digər rəsmi şəxslər qarşılayıblar.