XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 17:31

“Rusiyaya növbəti dəfə xəbərdarlıq edirəm” – [color=red]Davudoğlundan açıqlama

"Rusiya bütün ölkələrin sərhədlərinə hörmət göstərmək məcburiyyətindədir".

Bunu Türkiyə Baş naziri Əhməd Davudoğlu jurnalistlərə deyib.

"Dünən günorta saatlarında Rusiya qırıcısı sərhədlərimizi pozdu. Məlumatlar gəldikdən sonra prezidentlə müşavirə keçirdik. Rusiya səfiri məsələ ilə əlaqədar XİN-ə çağırıldı. Rusiyanın sərhədlərimizi pozmasını gizlətməsi mümkün deyil. Rusiya Suriyada müxalifləri bombalayır. Rusiyaya növbəti dəfə xəbərdarlıq edirəm. Rusiyanın davranışları öz mənfəətinə deyil. Rusiya bütün ölkələrin sərhədlərinə hörmət göstərmək məcburiyyətindədir", – Davudoğlu bildirib. Axar.az

Qeyd edək ki, dünən günorta saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə aid "Su-34" təyyarəsi Türkiyənin hava sərhəddini pozub.