XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2019 - 00:12

ABŞ-ın sanksiyalar siyasətinə nəzarət edən məsul şəxsi istefa verdi –Açıqlama

ABŞ Maliyyə nazirinin maliyyə kəşfiyyatı və terrorizmə qarşı mübarizə üzrə müavini, sanksiyalar siyasətinə nəzarət edən Siqal Mandelker vəzifəsini tərk edəcək.

Bunu ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin söyləyib.

“O, dünya təhlükəsizliyini təmin etmək üçün iqtisadi mexanizmlərimizin gücündən istifadə edən güclü tərəfdar idi. Siqal yayda mənə müraciət edərək, özəl sektora getmək istədiyini bildirmişdi”.

Qeyd edək ki, Mandelker, 2017-ci ilin yayından maliyyə kəşfiyyatı və terrorizmə qarşı mübarizə idarəsinə rəhbərlik edib. İran, Rusiya, Venesuela və Şimali Koreyaya qarşı maliyyə sanksiyalarının tətbiq edilməsindən məsul şəxs olub/Report.