XƏBƏR LENTİ

15 Oktyabr 2019

Digər Xəbərlər

03 Oktyabr 2019 - 16:23

Putin Əliyevlə görüşdə:"Konkret layihələrin həyata keçirilməsi üçün əlimizdən gələni edirik"

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər uğurla inkişaf edir”.

Kremlin saytında verilən məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı deyib.

“Ticari-iqtisadi əlaqələr möhkəmlənir, ticarət dövriyyəsi ötən il 2,5 milyard dollar təşkil edib..Öz adımızdan bütün bu konkret layihələrin həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edirik. Hökumətlərarası komissiya bu istiqamətdə işləyir və məncə, olduqca inamla işləyir”, – deyə Rusiyanın dövlət başçısı vurğulayıb/Report.