XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Oktyabr 2019 - 19:21

Avropa Parlamenti:"Boris Consonun “Brexit”lə bağlı təklifi qəbul olunmayacaq"

Böyük Britaniyanın Avropa İttifaqından çıxması şərtlərinə dair razılığın əldə olunması barədə baş nazir Boris Consonun təklifi Avropa Parlamenti tərəfindən qəbul olunmayacaq.

Bu barədə Avropa Parlamentinin “Brexit”ə dair təmas qrupunun bugünkü açıqlamasında bildirilir.

“Təmas qrupunun qənaətincə, Böyük Britaniya hökumətinin 2 oktyabr tarixli son təklifləri hazırkı şəkildə Avropa Parlamentinin təsdiqləyə biləcəyi razılaşma üçün əsas ola bilməz. Bu təkliflər “backstop” rejiminin aradan qaldırıldığı təqdirdə, həll edilməsi zəruri olan gerçək məsələləri əhatə etmir”, – açıqlamada göstərilir.

Xatırladaq ki, “backstop” rejimi Birləşmiş Krallıqla İrlandiya Respublikası arasında İrlandiya adasındakı quru sərhəddə “Brexit” sonrası müəyyən dövr ərzində şəffaflığı təmin etmək məqsədilə düşünülən plandır/Report.