XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2019 - 20:25

“İran lazımi nəticəni əldə edənə qədər nüvə proqramını həyata keçirəcək” –Bəyanat

İran lazımi nəticəni əldə edənə qədər nüvə proqramını həyata keçirəcək.

Bu barədə oktyabrın 3-də İranın Atom Enerjisi üzrə Agentliyi bəyanatla çıxış edib.

İran Qərb dövlətləri ilə imzaladığı nüvə sazişinə əsasən üzərinə düşən öhdəlikləri azaldaraq milli nüvə proqramını davam etdirəcək: “Yeni texnologiyaların və tələb olunan vəsaitin ayrılması ilə rəsmi Tehran lazımi nəticəni əldə edənə qədər nüvə proqramını həyata keçirəcək”.

Bəyanatda deyilir ki, agentlik ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin tövsiyələrinə əsasən, elmi mərkəzləri və nüvə sahəsində çalışan alimləri də bu proqrama cəlb edəcək.

Xatırladaq ki, ötən gün Ayətullah Seyid Əli Xamenei İran ordusunun yüksək rütbəli zabitləri ilə görüşündə ölkəsinin milli nüvə proqramını davam etdirməli olduğunu bildirib/Azərtac.