XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 08:30

AFFA “Düdelanj” – “Qarabağ” matçındakı erməni təxribatına reaksiya verib

AFFA rəhbərliyi Lüksemburqda “Düdelanj” və “Qarabağ” arasındakı Avropa Liqasının II tur matçında baş vermiş erməni təxribatına reaksiya verib.

AFFA-nın “Facebook” səhifəsində qeyd olunur ki, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində “Qarabağ” 2-ci qolunu vurduqdan sonra “Jozi Bartel” stadionu üzərində dronla qondarma “Dağlıq Qarabağ” rəhbərliyinin “bayrağ”ı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun idman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.