XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Oktyabr 2019 - 13:39

“Azərbaycanın güclü olması Türkiyənin, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdir” –Mətin Feyzioğlu

“Bu gün sizi burada Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın nəvələri kimi salamlayırıq”.

Bunu bu gün Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu bildirib.

M. Feyzioğlu deyib ki, bu gün Azərbaycanda vəkillik institutunun yaranmasının 100 illiyi qeyd edilir: “Vəkillik fəaliyyətinin önündə hər bir ölkədə çoxsaylı problemlər var. Bizim vəzifəmiz bu problemləri həll etməkdir. Vəkilliklə bağlı təhsil məsələsi də aktualdır. Biz vəkillər davamlı olaraq müstəqillik uğrunda mübarizə aparırıq. Ədalətli mühakimə üçün davamlı mübarizə aparırıq. Digər tərəfdən, süni intellektin 15-20 ildən sonra vəkillik peşəsinə necə təsir edəcəyini də bilmirik. Buna görə də texnologiyanı da öyrənməliyik. Texnologiyanı öyrənərək mühafizə etmək məcburiyyətindəyik”.

M. Feyzioğlu qeyd edib ki, A. Bağırovun sədrliyi dövründə Azərbaycan Vəkillər Kollegiyası böyük inkişaf yolu keçib: “Azərbaycanın güclü olması Türkiyənin, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdir. Güclü dövlət olmaq güclü məhkəmə, güclü məhkəmə isə güclü vəkillik institutunun mövcudluğundan keçir”. (apa)