XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 14:17

“İnsan alverinə qarşı mübarizə ilə bağlı milli fəaliyyət planı hökumətə təqdim olunub” –Ramil Kazımov

“2019-2023-cü illəri əhatə edən insan alverinə qarşı mübarizə ilə bağlı milli fəaliyyət planı hazırlanıb hökumətə təqdim olunub. Hazırda təsdiq olunma ərəfəsindədir”.

Bunu Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə “Azərbaycanda insan alveri ilə mübarizədə səmərəli müdafiə vasitələrinin gücləndirilməsi” mövzusunda dəyirmi masada DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Ramil Kazımov deyib. O, insan alveri, onunla mübarizə və risklər barədə ictimaiyyətin məlumatlandırılmasi üzrə maarifləndirmə tədbirləri barədə danışıb. Qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 sentyabr 2009-cu il tarixli 131 nömrəli Qərarı ilə insan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)” təsdiq edilib:

“Bu qaydalar şəxsin insan alverinin qurbanı olmasını təyin etməyə imkan verən mexanizmlərini müəyyən edir. Qurbanların müəyyən edilməsi zamanı onların əlamətlərini xarakterizə edən bir sıra göstəricilər nəzərə alınır”.

R.Kazımov qurbanların əlamətləri barədə də məlumat verib. Dediyinə görə, qurbanlar əksər halda öz iradəsinin ziddinə işləməyə məcbur olduğunu, işdənçıxma imkanlarının olmamasını düşünür, qorxu və narahatlıq hissi keçirirlər. R.Kazımov bildirib ki, bu sırada bir çox əlamətlər sadalamaq olar. (apa)