XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2019 - 09:20

Bakıda ağac kəsən şirkət 50 min manat cərimələndi –ETSN

Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, Montin bazarının yaxınlığında ağacların kəsilməsi faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bu ilin avqust ayında aşkar edilib və qanunamüvafiq tədbir görülüb.

Bunu jurnalistlərə  açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

İ. İbrahimova deyib ki, həmin  ünvanda qəzalı vəziyyətdə olan  yataqxana binasının söküntüsü zamanı bir neçə ağac  icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən kəsilib: “Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub.”

Qeyd edək ki, dünən mətbuatda Nərimanov rayonu, Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə məlumat yayılıb. /APA