Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əliyev l Fəxri xiyabanda qardaşı, akademik Aqil Əliyevin yanında dəfn olunub.
Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini İsmət Abbasov, Daxili İşlər naziri Ramil Usubov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, SOCAR prezidenti Rövnəq Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, deputatlar, ziyalılar, mərhumun ailə üzvləri iştirak ediblər.