XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 14:26

Ən bahalı 4 ixtisas üzrə təhsil xərcləri 20 faiz artırılıb –Qərar

Azərbaycanda bakalavriat səviyyəsində ən bahalı  ixtisaslar üzrə təhsil xərcləri 20 faizdən çox artırılıb.

Bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.

Sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində solo oxuma, dirijorluq, bəstəkarlıq və musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 1380 manat artırılaraq 6 min 820 min manatdan 8 min 200 manata qaldırılıb.