XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 20:47

Bağlanmış banklardakı qorunmayan əmanətlərin qaytarılmasına başlanılır –Oktyabrın 16-dan

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Atra Bank”, “Royal Bank”, “Kredo Bank”, “Zamin Bank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Yunayted Kredit Bank”, “Texnika Bank”, “Dəmir Bank” və “Gəncə Bank” ASC-lərin, eləcə də “Bank Standard” QSC-nin kreditorlarına müraciət edib.

Müraciətdə bildirilir ki, bu banklarda 17 min manata qədər qorunmayan əmanətlərin qaytarılmasına “Kapital Bank” ASC vasitəsilə oktyabrın 16-da başlanılacaq.

Kreditorların tələblərinin ödənilməsi ilə bağlı sözügedən bankın filial şəbəkəsi və lazımi sənədlər barədə əlavə məlumat veriləcək.