XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Oktyabr 2019 - 21:59

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılıb –Qərar

Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin verdiyi xəbərə görə, Culfa, Şahtaxtı, Sədərək sərhəd keçid məntəqələrində, Naxçıvan dəmiryolu stansiyası və Naxçıvan Beynəlxalq hava limanında  İran vətəndaşları üçün 15 gün müddətli birdəfəlik viza rüsumunun məbləği 5 avroya (9.34 manat) endirilib.

Qərar artıq qüvvəyə minib.

Qeyd edək ki, bundan əvvəl İran vətəndaşları 15 gün müddətli 10 avro rüsumlu birdəfəlik giriş icazəsi alaraq muxtar respublika ərazisinə daxil ola bilirdilər.