XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2019 - 09:45

Türk ordusu PYD/YPG-nin bazasına zərbələr endirdi:"Terror dəhlizinin yaradılmasına imkan verilməyəcək"

Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında yeni əməliyyat üçün hazırlıqlarını başa çatdırıb.

“RİA Novosti” xəbər verir ki,  Türkiyə aviasiyası Suriyanın Haseke əyalətindəki PYD/YPG bölmələrinin bazasına zərbələr endirib.

“Suriyalıların təhlükəsizliyini təmin etmək üçün etibarlı bölgə və dəhlizin yaradılması zəruridir. Bu, bölgəmizin sabitliyinə və əmin-amanlığına töhfə verəcək. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı heç vaxt sərhədlərimizdə terror dəhlizinin yaradılmasına imkan verməyəcək”, –  deyə nazirlik əlavə edib/Report.