XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

08 Oktyabr 2019 - 09:54

ABŞ-dan Pekinə daha bir zərbə:28 Çin şirkəti “qara siyahı”ya salındı

ABŞ Ticarət Nazirliyi 28 Çin şirkətini “qara siyahı”ya salıb.

Bu barədə “Reuters” müvafiq sənədə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Çin şirkətləri ölkədəki Uyğur əhalisinin hüquqlarının pozulmasına görə ABŞ tərəfindən “qara siyahı”ya salınıb. Bildirilib ki, şirkətlər ABŞ-ın xarici siyasət maraqlarına zidd hərəkət edib.

Bundan əlavə, nazirlik hesab edir ki, bu təşkilatlar ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradır/Report.