XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 17:57

Qırğızıstanda dollarla kredit alanlara böyük güzəşt oldu – [color=red]Ekspert bu faktla Mərkəzi Banka “yükləndi”

İllik büdcəsi cəmi 1.3 milyard dollar olan Qırğızıstan bu gün məbləği 40 min dollaradək ipoteka kreditləri götürənlərə kompensasiya verilməsi haqda qərar qəbul edib.

Strateq.az xəbər verir ki, bununla da ipoteka sahibləri indiki kursla deyil, 2015-ci ilin iyununa olan məzənnə ilə ödənişləri edəcəklər.

Qeyd edək ki, adıçəkilən ölkədə hal-hazırda 1 dollar 75 somdur. Ötən ilin yayında isə kurs 62 som olub.

Strateq.az xəbər verir ki, bununla bağlı fikirini bölüşən tanınmış iqtisadçı Vüqar Bayramov bildirib ki, Qırğızıstanda qeyd edilən tarix arasında məzənnə fərqi böyük olmasa da, kasıb ölkə üçün bu rəqəm heç də kiçik məbləğ deyil:

"Maraqlıdır ki, son bir ildə 8 milyard dollara yaxın dolları xərcləyən və mövcud rezervlərinin həcmi Qırğıstanın büdcəsindən 4 dəfə çox olan Azərbaycan Mərkəzi Bank “maliyyə intizamının pozulacağı” şüari ilə kredit götürənlər üçün yaranan əlavə 3.8 milyard manat xərci hələ də kompensasiya etməkdə yubanır. Belə görünür ki, bizim Mərkəzi Bankdan başqa dünyanın heç bir ölkəsində “maliyyə intizami” haqda düşünmürlər.

Amma əsas ritorik sual yenə də açıq qalır: maliyyə intizamı devalvasiya nəticəsində kredit götürənlər üçün əlavə xərc yaradanda pozulur, yoxsa onlara kompensasiya ödədikdə?".