XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 October 2019 - 12:34

Qaxda partlayış baş verib, kombinat işçiləri xəsarət alanlar var –Adlar

Qaxda partlayış baş verib, xəsarət alanlar var.

Bu gün səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Partlayış nəticəsində xəsarət alanların kimliyi bəlli olub. Bunlar 49 yaşlı Cemali Zeynalaşvili, 26 yaşlı Sardion Daroşvili, 31 yaşlı David Nuroşvili və Beka Papiaşvilidir.

Hazırda hadisənin səbəbləri araşdırılır/Report.