XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 19:40

Merkel Poroşenko ilə birgə [color=red]Rusiyaya sanksiya mesajı verdi

Almaniyanın kansleri Angela Merkel Avropa Birliyini Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb.

Merkel bildirib ki, Rusiya Ukraynanın şərqində atəşkəslə bağlı Minsk razılaşmasını tam yerinə yetirməyincə, güzəşt olmamalıdır.

Strateq.az Azadlıq radiosuna istinadən xəbər verib ki, Merkel belə bir bəyanatla Ukrayna prezidenti Petro Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

Poroşenko da Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb.

Merkel bildirib ki, o, Poroşenko ilə 2016-cı ildə Ukraynaya yeni maliyyə yardımının genişləndirilməsini də müzakirə edib.

Qeyd edək ki, Minsk razılaşması 2014-cü ilin sentyabrında Belarusun paytaxtında imzalanıb.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb .