Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni aparat rəhbəri bəlli olub.
Strateq.az xəbər verir ki, yeni aparat rəhbəri Əli İzzət oğlu Abdullayevdir.
Fakt Strateq.az-a nazirlikdən rəsmi təsdiq edilib.
Onu da qeyd edək ki, yeni aparat rəhbəri 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.
Yayılan digər məlumatlara görə, yeni aparat rəhbərinin atası İzzət Abdullayev ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik edib. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib.
Respublikanın əməkdar mühəndisidir.