“Barış pınarı” antiterror əməliyyatı gecə boyu quruda və havadan uğurla aparılıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyada müəyyənləşdirilən hədəflər nəzarət altına alınıb: “Antiterror əməliyyatı planlaşdırıldığı kimi, uğurla davam edir”.
Qeyd edək, Türkiyənin Mardin bölgəsi ilə sərhəddə yerləşən Suriyanın Kamışlı ərazisində PKK/YPG-PYD-nin 5 silahlısı zərərsizləşdirilib.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb/Report.