XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

02 Fevral 2016 - 08:46

Türkiyədə 1300 otel satışa çıxarıldı [color=red]- Turizm sektoru iflasın astanasında

Türkiyədə baş verən teraktlar və Rusiyanın Ankaraya qarşı sanksiya qərarı bu ölkənin otel sektoruna agır zərbə vurub.

Strateq.az Türkiyənin «Zaman» qəzetinə istinadən xəbər verir ki, ölkədə 1300 otel satışa çıxarılıb. Bu otellərin ümumi dəyəri 10 milyard dollardır.

Qəzet yazır ki, terror təhdidinə və məlum sanksiyaya görə turizm sahəsində nəzərəçarpacaq geriləmə müşahidə olunur. Turistlər əvvəlki kimi Türkiyəyə gəlməyə üstünlük vermirlər: «Turizm sektoru tarixin ən ağır dövrlərindən birini yaşayır. Əsasən Egey və Aralıq dənizi sahillərindəki otellər satışa çıxarılıb. Bu otellər daha çox rus turistlərə hesablanmışdı. Antaliyadakı otellər də iflasın bir addımlığındadır. Turist sayının azalması otellərə kredit borclarının ödənişində ciddi problemlər yaradır.  Təkcə Antaliyada 400 otel satılır".