Türkiyə ordusunun Suriyanın şimalında PYD/YPG qüvvələrinə qarşı keçirdiyi əməliyyat uğurla davam edir.
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Türkiyə ordusu Suriyanın Rasulayn bölgəsinin şərqində yerləşən və strateji əhəmiyyətli Darbasiyah qəsəbəsini PKK/YPG və İŞİD terrorçularından azad edib.
Ordu, eyni zamanda, Tel Abyad və Rasulayn rayonlarına bağlı olan 8 kəndi də terrorçulardan təmizləyib.