XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 October 2019 - 12:35

MSK sədri:“Yaxın günlərdə bələdiyyə seçkiləri elan ediləcək”

Bu ilin dekabrın ikinci yarısında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, yaxın günlərdə seçkilər elan ediləcək: “1606 bələdiyyəyə 15 mindən artıq üzv seçilməsi gözlənilir”.

MSK sədri bildirib ki, dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seminar-müşavirə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissəsinin icrası ilə əlaqədardır. (apa)