XƏBƏR LENTİ

16 Fevral 2020
15 Fevral 2020

Digər Xəbərlər

11 Oktyabr 2019 - 14:57

Suriyanın şimalındakı hərbi əməliyyatlar regionda sabitliyin təmin olunmasına yönəlib –Nümayəndəlik rəhbəri

Suriyanın şimalındakı hərbi əməliyyatlar regionda sabitliyin təmin olunmasına yönəlib.

Bunu Trend-ə Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyasının (MÜSİAD) Azərbaycan ofisinin rəhbəri Əbdürrəhman Uzun deyib.

Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdə sülhün tərəfdarıdır:

“Məhz bu səbəblə də Türkiyə bundan əvvəl Suriyada “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları keçirib, indi isə “Sülh bulağı” əməliyyatına başlayıb”.

Ə.Uzun bildirib ki, əsrlər boyunca türklər və kürdlər bu ərazilərdə dinc şəkildə yaşayıb və “Sülh bulağı” əməliyyatı etnik kürdlərə qarşı yönəlməyib.

O əlavə edib ki, Suriyanın şimalında əməliyyatların keçirilməsi həm də suriyalı qaçqınların doğma yurdlarına qayıda bilməsi üçün vacibdir:

“Hərbi əməliyyatların məqsədi Suriyanın şimalının PKK, PYD/YPG terror təşkilatlarından təmizlənməsidir. MÜSİAD-Azərbaycan Türkiyə hökumətinin bu istiqamətdə səylərini dəstəkləyir”.