XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2019 - 10:55

Zərif:"İran Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmağa hazırdır"

İran həm birbaşa, həm də digər ölkələrin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmağa hazırdır.

Trend-in məlumatına görə, bunu “TRT” telekanalına müsahibəsi zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

C.Zərif bildirib: “Biz Səudiyyə Ərəbistanı ilə istənilən məsələlərin müzakirəsinə həmişə açıq olmuşuq. Səudiyyə Ərəbistanı bizim qonşumuzdur… Bizim bir-birimiz ilə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur. Və biz Səudiyyə Ərəbistanı ilə həm birbaşa, həm də vasitəçilərin vasitəsilə danışıqlara açığıq”.