XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

12 Oktyabr 2019 - 15:17

“Barış Pınarı” əməliyyatı:Türkiyə ordusu Resulaynı PKK/YPG-dən azad etdi

Türkiyə ordusu “Barış Pınarı” əməliyyatının 4-cü günü YPG/PKK-nın nəzarətində olan ən böyük rayonlardan birini – Resulaynı terrorçulardan azad edib.

Strateq.az Türkiyə mətbuatına istinadla bildirir ki, əməliyyatın ən kritik nöqtələrindən biri sayılan Resulayn bu gün türk ordusu ilə Azad Suriya Ordusu tərəfindən azad olunub: “Ordu artıq Resulayn bölgəsinə daxil olaraq, rayonda tam hakimiyyətə sahiblənib. Əməliyyat zamanı xeyli silah-sursat ələ keçirilib. Hazırda ərazidə mina axtarışları davam edir”.

Faktı Milli Müdafiə Nazirliyi yazılı açıqlama ilə təsdiq edib.