XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

13 Oktyabr 2019 - 12:15

Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik etdi:"Yeni-yeni qələbələr diləyirəm”

Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib.

Dövlət başçısı A. Süleymanlını Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağı münasibətilə təbrik edib.

Təbrikdə qeyd edilib ki,  A. Süleymanlı ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırıb: “Sən həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın. Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”. /APA