XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 October 2019 - 13:30

Suriyada qızğın döyüşlər:Türkiyə ordusu Tel Abyad rayonuna daxil olub

Türkiyə ordusu və Suriya Milli Ordusunun apardığı “Sülh çeşməsi” əməliyyatı çərçivəsində sərhəddəki Tel Abyad rayonunun cənub-şərqindəki Suluq mərkəzi terrorçulardan təmizlənib. Suriya Milli Ordusunun əsgərləri mərkəzdə nəzarəti tam ələ alıb. Hazırda axtarış-xilasetmə işləri aparılır.

Eyni zamanda Suriya Milli Ordusu “Sülh çeşməsi” əməliyyatı nəticəsində Tel Abyadın Savami əl-Dəhliz kəndinin azad edildiyini açıqlayıb.

Bir qədər əvvəl isə Türkiyə ordusu Tel Abyad rayonuna daxil olub. /Azpolitika.info