XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

13 Oktyabr 2019 - 19:00

Yadigar Sadıqlı:“Ədalətsiz seçkilər oldu”

“Düzdür, ədalətsiz seçkilər oldu, amma saxtakarlıqla bağlı bir şey deyə bilmərəm”.

Bunu Müsavat Partiyasının qurultayında səsvermənin yekunlarına münasibət bildirən başqanlığa namizəd Yadigar Sadıqlı söyləyib.

Y. Sadıqlı deyib ki, Müsavat Partiyasına yeni istiqamət, yeni vizyon, yenilənmə təklif edib: “Qəbul etmədilər. Dəyişmək istəmədilər, tənəzzülü seçdilər. Müsavata keçmiş olsun”

Digər namizəd Tofiq Yaqublu isə Arif Hacılını qələbə münasibəti ilə təbrik edib.

Qeyd edək ki, bu gün Müsavat Partiyasının IX qurultayında Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib. Arif Hacılı 262, Tofiq Yaqublu 51, Yadigar Sadıqlı isə 20 səs toplayıb. /APA