XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 11:42

“Bu il özəl sektorda əmək müqavilələrinin sayı 90 mindən çox artıb” –Nazir

Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirlər nəticəsində oktyabr ayının 1-nə olan məlumata görə, özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5% artıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu sektorda əmək haqqı fondu 33,4% artıb.

Nazir onu da qeyd edib ki, bu il özünüməşğulluq proqramı əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub.

S.Babayev əlavə edib ki, “İşsizin dostu” proqramı çərçivəsində artıq 38 min işsiz əmək müqaviləsi ilə ödənişli ictimai işlərə cəlb olunub. (Report)